XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 17:54

MİT qiyamın olacağından xəbərdar imiş- Ərdoğana qarşı əməliyyat keçirən 25 xüsusi təyinatlı hələ də tapılmayıb

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) ölkədəki hərbi çevriliş cəhdindən xəbərdar imiş.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, MİT qiyamdan bir neçə saat əvvəl – Türkiyə vaxtı ilə saat 16.00-da xəbər tutub və dərhal bu barədə Silahlı Qüvvələrin Baş Qərargahına məlumat verib.

Bu barədə məlumat Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytında yayılıb: «Dərhal hərbi təyyarələrin Türkiyə ərazisində uçmasına qadağa qoylulub. Bununla yanaşı, hərbiçilərə bütün nəqliyyat vasitələrini dayandırmaq əmri verilib».

Məlumata görə, Türk ordusu hadisə günü Marmarisə – prezident Rəcəb Tayyib Ərdoğanla bağlı əməliyyat keçirməyə gedən 25 xüsusi təyinatlını və 2 hərbi vertolyotu hələ də tapa bilmir.

Ehtimal olunur ki, hərbi çevriliş cəhdi uğursuzluqla nəticələnəndən sonra xüsusi təyinatlılar yaxınlıqdakı meşələrdə gizləniblər.