“Avropa Birliyi Krımın müstəqilliyini tanımağa hazırdır. Bir şərtlə ki, yarımadada ATƏT-in nəzarəti altında təkrar referendum keçirilsin”.
Strateq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu bəyanatla Brüsseldəki yüksək rütbəli diplomat çıxış edib:
«Avropa Birliyi nəticələrə yenidən baxa bilər. Bu şərtlə ki, beynəlxalq qanunvericiliyə uyğun təkrar referendum keçirilsin və ATƏT prosesə yaxından nəzarət etsin».
Xatırladaq ki, Krım və Sevastopolun statusu ilə bağlı referendum 2014-cü ilin martında keçirilib. Həmin vaxt Rusiya müşahidə missiyası göndərməsi üçün ATƏT-ə müraciət etmiş, qurum isə məlum prosesi qanunsuz adlandıraraq iştirakdan imtina etmişdi. Referendumun nəticələrinə əsasən, yerli əhalinin 96 faizi Krımın Rusiyanın tərkibinə keçməsini dəstəkləmişdi. Ukrayna və bir çox Qərb dövlətləri isə nəticələri tanımamışdı.