XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 17:18

“Çevrilişdə iştirak edənlərin cənazələri üçün dini xidmət göstərilməyəcək” –Şok qərar

mescid-din-aksiya

Türkiyədə çevrilişdə iştirak edənlərin cənazələri üçün dini xidmət göstərilməyəcək.

Strateq.az Haberturk-ə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Dəyanət İşləri Nazirliyi yayıb.

Bildirilib ki, cənazə namazı ölən bir mömün üçün qardaşları tərəfindən yerinə yetirilən mərasimdir:

"Bu mərasimdə mömünlər ölən qardaşları üçün dua etməklə yanaşı, haqlarının halal etmələrini bəyanlayırlar. Ancaq çevrilişdə iştirak edən, bütün millətin haqq və hüquqlarını ayaqlar altına almaqla, mömünlərin tezkiyə və dualarını haqq etmirlər. Bu səbəbdən millətimizin və dövlətimizin haqqını hədəfə alan, TBMM başda olmaq üzrə, dövlət qurumlarına bomba yağdıran çevrilişçilərə dini xidmətlər göstərilməyəcək".

Açıqlamada zor, təhdid və yaxud heç nədən xəbərsiz çevrilişdə iştirak edərək, ölən şəxslərin isə istisna edildiyi bildirilib.