XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2015 - 01:05

Ermənilərin 2 kəşfiyyatçı-təyyarəsi vuruldu

İyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Məlumat üçün bildirək ki, bu aparatlardan – pilotsuz təyyarələrdən daha çox kəşfiyyat məlumatları əldə etmək məqsədiylə istifadə edilir: uçan aparat üzərində quraşdırılmış avadanlıqlar vasitəsi ilə ərazinin dəqiq çəkilişi aparılır, qoşunların yerləşmə möveyi, nəqliyyat-kommunikasiya yolları, ağır texnikanın hərəkət istiqamətləri, əsas oriyentirlər və s. barədə daha səhih videoməlumatlar əldə edilərək canlı şəkildə informasiyanı təhlil edən və qiymətləndirən əsas mərəkəzə ötürülür.

Strateq.az