XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 20:09

Qiyamın statistikası:266 ölü, 1500-dən çox yaralı

 

cevrilis

Türkiyədə 15 iyul tarixində baş verən çevriliş cəhdinin statitistikası açıqlanıb.

Strateq.az xəbər verir ki, qiyamçıların 240 nəfəri öldürdüyü bildiririlir: 62-si polis, 5-i əsgər, 173-ü isə mülki vətəndaş.

Qiyamdan sonra 8 min 660 adam nəzarət altına alınıb və onlardan 990-ı həbs olunub.

Nəzarət altına alınanlar arasında 210 təhlükəsizlik mənsubu, 6 min 319 əsgər, min 481 hakim-prokuror və 650 var.

Hərbçilərdən 115-i general, min 350-si zabit, 4 min 854-ü digər hərbi rütbəlilərin azadlığı məhdudlaşdırılıb.

Şübhəlilərdən 80-i sərbəst buraxılıb, 215-i şərti azadlığa çıxıb. Hələ də nəzarətdə 7 min 375 adam var.

Qarşıdurmada min 535 adam yaralanıb.

Qiyamçılardan da ölən və yaralananlar var: Ankarada 16, İstanbulda 8 ölü, İstanbulda 48, Malatyada 2 nəfər yaralı ələ keçirilib.