XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

20 İyul 2016 - 09:55

Donald Тrамpın ABŞ prezidentliyinənamizədliyi təsdiqləndi

tramp-44

Respublikaçılar Partiyasından milyarder Donald Тrамpın ABŞ prezidentliyinə namizədliyi rəsmən təsdiqlənib. Klivlenddə (Ohayo ştatı) keçirilən partiya qurultayının nümayəndələri belə qərar qəbul ediblər.

AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, qurultayda səsvermə nümayəndələrin namizədliyi üzrə əlifba sırası ilə keçirilib. Qaydalara görə, partiyanın prezident postuna irəli sürülməsi üçün iş adamından sadə səs çoxluğu tələb olunurdu. O, səsvermə başlayandan az sonra lazım olan səsləri toplayıb.

Noyabrın 8-də keçiriləcək prezident seçkisində Donald Trampın rəqibi Demokratlar Partiyasından namizəd Hillari Klinton olacaq.