XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

20 İyul 2016 - 10:11

ABŞ-dan Türkiyədə qiyamla bağlı aparılanaraşdırmalara reaksiya

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner FETÖ terror təşkilatının uğursuz çevriliş cəhdindən sonra Türkiyədə başlanılan araşdırmalar zamanı çox sayda insanın nəzarətə götürülməsinin "aydın" və "qanuni" olduğunu bildirib.

Toner gündəlik mətbuat konfransında Türkiyədəki uğursuz çevriliş cəhdindən sonra baş verən proseslə bağlı sualları cavablandırıb.

Nazirliyinin sözçüsü deyib ki, Türkiyə hökuməti xalqının təhlükəsizliyini təmin etmək üçün dövlət çevrilişinə cəhd edənlərə qarşı araşdırmalar aparır.

Türkiyə hökumətini və xalqını anladığını deyən Toner qeyd edib ki, onlar çox ciddi təhlükə altında olduqlarını hiss edirlər. Eyni zamanda, bəhs edilən nəzarət qərarları diqqətimizdən qaçmır. Baş verən hadisələrdən sonra Türkiyə hökumətinə sakit və sabit olması, Türkiyə Konstitusiyasının tələb etdiyi demokratik standartlara uyğun, hüququn suverenliyi prinsipini güdməsi barədə müraciət etdik(azərtac).