Ukraynada tanınmış jurnalist Pavel Şeremet qətlə yetirilib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Şeremetin idarə etdiyi avtomobildə bu gün səhər saatlarında partlayış baş verib.
Hadisə zamanı jurnalist də avtomobildə olub. Avtomobil bir neçə metr gedəndən sonra – Kiyevin Boqdana Xmelnitski və İvana Franko küçələrinin kəsişməsində partlayıb.
Avtomobilin sahibi "Ukrainskaya pravda" qəzetinin rəhbəri Alyona Prituldur. Lakin o, həmin vaxt maşında olmayıb. Hadisə yerinə polis əməkdaşları gəlib.
Son beş ildə Şeremet "Ukrainskaya pravda"da işləyib və radioda "Xəbərlər"in aparıcısı olub.