XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 İyul 2016 - 14:09

Şok qərar:"Qafqaz" Universiteti qapadıldı

“Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edib.

Nazirlikdən Trend-ə bildirilib ki, “Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Təhsil Nazirliyi bununla bağlı bildirir ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olandan sonra “Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə nazirlik tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, "Qafqaz" Universitetinin Fətullah Gülən camaatına bağlılığı ilə bağlı iddilar var. Universitetin qapadılması da böyük ehtimalla bununla əlaqədardır.