XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

20 İyul 2016 - 15:54

İstanbul bələdiyyəsinin sədri başına gələnləri danışdı:"Telefonla yerim müəyyənləşdirildi və ..."

melik-goycek-istanbul-beled

Türkiyədə 15 iyilda baş verən çevriliş olaylarında şəhid olan şəxslərin ailə üzvləri işlə təmin olunacaq.

Strateq.az xəbər verir ki, bu barədə İstanbul şəhər bələdiyyəsinin sədri Məlih Göyçək məlumat verib.

O, çevriliş hadisələrində zərər görən vətəndaşlarla bağlı geniş plan hazırladıqlarını deyib: "Bundan başqa, şəhid olanların həyat yoldaşları, uşaqları indi ortada qalıb. Şəhid olan kim varsa, hamısının həyat yoldaşlarını və uşaqlarını işə götürəcəm".

Bələdiyyə sədri çevriliş gecəsi yaşadığı gərginliyə də aydınlıq gətirib. O, evə gedərkən başlarının üstündən uçan qırıcıları gördükləri zaman "nə baş verir" sualı ilə bilgili dairələrlə əlaqəyə keçdiyini bildirib:

"Artıq nə baş verdiyini anladıqdan dərhal sonra evə gəldim. Tez üstümü dəyişib, yaxınlıqda olan bir "gecəqondu" evə yerləşdim. Oradan vəziyyətə müdaxilə etməyə, telekanallara açıqlama verərək, xalqı meydanlara dəvət etməyə başladım. Ancaq bir az sonra yerimiz müəyyənləşdirildi. Bilirsiniz, hərbi dairələrdə telefonla yerin müəyyənləşdirlməsi imkanları var.  Elə buna görə də yerləşdiyimiz evin arxasına bomba atıldı. Ev bərk silkələndi. Bu zaman köməkçim dedi ki, əraziyə tanklar gəlir. Dərhal telefonlarımı qapatdım və oranı tərk etdik. Zatən, bu elə zamana təsadüf edirdi ki, artıq xalq meydanlarda idi, vəziyyət yavaş-yavaş dəyişirdi".