XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

05 İyul 2015 - 22:48

“Demokratiya şantaja baş əymədi” – Baş nazir xalqa səsləndi

Yunanıstanın baş naziri Aleklsis Tsipras referendum nəticələrinin “yox” çıxmasından sonra xalqa səslənib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Yunanıstanda demokratiyanın şantaja boyun əymədiyini deyib və əlavə edib ki, ölkə tarixində yeni səhifə açılıb: “Bu gün demokratiyanın şantaja baş əyməyəcəyini sübuta yetirdik. Yunan xalqı çox cəsarətli addım atdı. Xalq problemin həlli yolunu tapmağımızı istəyir. Mən də vaxt itirmədən bu iradəyə xidmət edəcəyəm”.

Baş nazir deyib ki, yunan xalqı Avropada qalmaq və ya çıxmaq üçün səs verməyib:

“Bu sualı tamamilə ortadan götürmək lazımdır. Yunanıstan sabah bank sisteminin düzəldilməsi üçün masa ətrafında oturacaq. Yunanıstanın borcu da artıq sövdələşmə masasında olacaq”.