XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2015 - 03:52

Səudiyyə Ərəbistanı Nuh əyyamından qalan tarixi yox edir

Yəmənin paytaxtı Sanada 2 min 500 illik tarixə sahib və dünyanın ilk göydələnləri kimi bilinən qədim binalar Səudiyyə Ərəbistanı liderliyiylə həyata keçirilən hava hücumları nəticəsində bir-bir yıxılır. Sanadan verilən məlumata görə, YUNESKO-nun Dünya Mədəniyyət Mirası siyahısına düşən, minillərlə yaşı olan belə binalardan dördü son hərbi əməliyyat zamanı artıq tarix səhnəsindən silinib.

Maraqlıdır ki, tarixi şəhərdə Husi yaraqlılarının məskunlaşdığını bildirən koalisiya qüvvələri binaların da istər-istəməz hərbi əməliyyatlardan “nəsibini aldığı”ını, dolayısıyla bunun məcburiyyətdən qaynaqlandığını etiraf edirlər.

İçərisində, təxminən, 10 min nəfərin yaşadığı tarixi evlərin sakinləri əməliyyatlardan narahatdır. Husilərin bu şəhəri hərəkatlarının qərargahı kimi seçməsinə də qarşı çıxan məhəlləlilər əməliyyatların qurbanı olacaqlarından qorxurlar. Ərəbistanın reaktiv təyyarələrinin bombaladığı şəhərdə dörd binanın yerlə bir olması, bir çoxunun isə xəsarət alması narahatlığı daha da artırır.

“Dayanıqlılıq Fırtınası” adı ilə başlayan, daha sonra “ümidə Dönüş” əməliyyatlarıyla davam etdirilən bombardıman nəticəsində Marib bölgəsində, demək olar ki, bütün tarixi əsərlər böyük ölçüdə zərər görüb. Hücumlar nəticəsində Marib su anbarının divarları üzərindəki tarixi yazılar oxunmaz hala düşəcək qədər zədələnib, Zomar Milli Muzeyi isə ümumiyyətlə yox olub.

Nuh peyğəmbərin oğlu Sam tərəfindən qurulduğu bildirilən Sana şəhəri, hazırda Bab ül-Yəmən (Yəmən qapısı) adı verilən tarixi qala divarları içərisində yerləşir. Bir növü, müasir “göydələnlər kompleksini ” xatırladan şəhərini çevrələyən qala divarları Osmanlı sultanı 2. Əbdülhəmid tərəfindən bərpa edilmiş şəkli ilə indiyə qədər öz varlığını qoruyur. Qala divarlarının içində “Zamanın göydələnlərinə” bənzəyən 8-9 mərtəbəli binalar tamamilə kərpicdən tikilmələriylə diqqəti cəlb edir.

Klassik Yəmən arxitekturasının əsasını təşkil edən “kərpic göydələnlər” Osmanlı hakimiyyəti zamanı şəhərin memarlıq özəlliklərinə uyğun tərzdə edilmiş əlavələriylə orjinal bir görünüşə sahibdir. Minillərin sınağından çıxan bu qədim miras indi islam bayrağı altında, Səudiyyə krallığı tərəfindən tarixdən silinir.

Tarixi şəhərin bombardımandan sonrakı və əvvəlki vəziyyətini əks etdirən şəkilləri təqdim edirik:

Hücumdan sonra:

Hücumdan əvvəl:

Strateq.az