XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2016 - 17:49

Rektor Elmar Qasımov təsdiqlədi:"Tam idarəçilik bizə verilib"

elmar-qasimov-3

"Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin tam idarəçiliyinə verilib".

Bunu APA-ya Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib.

Rektor bildirib ki, bununla bağlı prosedurlar və məsələlər tədricən həll ediləcək. Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi bu gün Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Təhsil Nazirliyindən bildirilib ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olduqdan sonra Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr məsələləri üzrə vitse-prezidenti Xaliq Məmmədov isə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildiyini bildirib.

Qeyd olunub ki, tələbələr təhsilini olduğu kimi davam etdirəcək. Pedaqoji heyətin də fəaliyyətini davam etdirəcəyi açıqlanıb.