XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 İyul 2016 - 19:18

SSRİ televiziyasının Heydər Əliyevlə bağlı sujeti:1991-ci il - Əliyev Qorbaçovu və Mütəllibovu ittiham edir - VİDEO

heyder pensioner

İnternetdə mərhum prezident  Heydər Əliyev haqqında SSRİ Mərkəzi Televiziyasının hazırladığı bir sujet yayılıb.

Strateq.az bildirir ki, 1991-ci ilin fevralında “Namedni” verilişində  efirə gedən sujetdə  o zaman Naxçıvanda yaşayan SSRİ Nazirlər Soveti sədrinin sabiq birinci müavini, Siyasi Büronun keçmiş üzvü Heydər Əliyev danışır.  Aparıcı qeyd edir ki, Siyasi Büronun digər üzvləri memuar yazdıqları halda, “siyasi fenomen Heydər Əliyev" siyasətə qayıdıb. 

Kadrlarda H. Əliyevin Naxçıvanda yaşadığı mənzili və qısa müsahibəsi yer alıb.   

Jurnalist bildirir: “Heydər Əliyev özünü müstəqil deputat hesab edir və deyir ki, onun mövqeyi Demokratik Blokun mövqeyi ilə üst-üstə düşür”.

Daha sonra qısa müsahibədə  Heydər Əliyev 20 yanvar 1990-cı ildə Bakıda sovet ordusu tərəfindən törədilmiş  qanlı faciədən danışır, SSRİ və Azərbaycanın siyasi rəhbərliyini tənqid edir.

Jurnalistin “20 yanvar faciəsində hansı vəzifəli şəxslər konkret olaraq günahkardır?” sualının cavabında Heydər Əliyev deyir ki, bu sual Naxçıvan Ali Məclisində müzakirə olunub və qərar qəbul edilib: “Qərara bu adamların adı salınıb: SSRİ prezidenti Mixail Qorbaçov, müdaifə naziri Yazov, daxili işlər naziri Bakatin, Primakov, Girenko… Azərbaycan rəhbərliyndən isə Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Elmira Qafarova, Viktor Polyaniçko, Müslüm Məmmədov, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Vaqif Hüseynov”.

Maraqlıdır ki, Heydər Əliyev həmin vaxt Naxçıvan Ali Məclisinin sədri və Azərbaycan Ali Sovetinin deputatı olsa da, titrdə “ittifaq əhəmiyyətli fərdi təqaüdçü” kimi təqdim edilib.  

X. SƏFƏROĞLU

 

heyder naxcivan vasif

heyder naxciven park91

heyder naxcivan