XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2016 - 22:47

İrəvanda gərginlik pik həddə çatdı –Etirazçılarla polis arasında toqquşma (FOTO, VİDEO)

irevan-barrikada

İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında  polislə etirazçılar arasında toqquşmalar başlayıb.

"RİA Novosti"nin verdiyi xəbərə görə, etirazçılar polisə daş və müxtəlif əşyalar atıb, polis havaya atəş açandan sonra işıq-səs qumbaralarından istifadə edib.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. 

Məılumada o da bildirilir ki, İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsinin ərazisinə əlavə polis qüvvələri yeridilib. Eyni zamanda binanın yaxınlığında 200 etirazçı aksiya keçirir. Onlar polisdən xüsusi əməliyyat keçirməməyi tələb edirlər(APA).

Qeyd edək ki, artıq 4-cü gündür ki, silahlı qruplaşma Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Dünən İrəvanda polis və mülki vətəndaşlar arasında baş vermiş toqquşmalar nəticəsində isə 4 polis əməkdaşı yaralanıb. Silahlılar hazırda 4 nəfəri girov saxlayır.