XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2015 - 07:34

Sabiq nazir xəstəxanadan cəzaçəkmə müəssisəsinə qaytarılıb

Nicat Quliyevin vəziyyəti normaldır

Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsindən saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Ədliyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov “Report”a açıqlamasında deyib ki, hazırda N.Quliyevin vəziyyəti normaldır.

Xatırladaq ki, N. Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib.