XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

20 İyul 2016 - 23:29

Ərdoğana çevriliş xəbərini ilk kim verib? –Yeni detallar

erd333

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul gecəsi Türkiyədə baş verən hərbi çevriliş cəhdi barədə ilk xəbəri öz yeznəsindən öyrənibmiş.

Bu barədə prezident "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

Ərdoğan deyib ki, qiyamçılar onun ətraf aləmlə bütün telekommunikasiya vasitələrini kəsiblərmiş və o, demək olar ki, tam təcrid olunubmuş. Belə bir vaxtda ona bacısının əri məlumat ötürə bilib.

Prezident hərbi çevriliş cəhdi zamanı kəşfiyyat və əməliyyat məlumatları sarıdan zəif nöqtələrinin olduğunu etiraf edib: "Zamanında doğru istihbarat (kəşfiyyat məlumatları) olsaydı, bunun qarşısını alardıq".

Qeyd edək ki, Ərdoğan həmin gecə oteldə istirahətdə olub. Onun hərbi yavəri Əli Yaızıçının və digər yavərlərinin qiyamçı generallarla əlbir olduğunu nəzərə alsaq, prezidenti təcrid etmək qiyamçılar üçün çətin olmayıb.

Ancaq ilk xəbəri alan Ərdoğan təcili şəkildə oteldən ayrılaraq İstanbula yola düşüb, xalqa müraciət edib, polis təşkilatını, təhlükəsizlik xidmətini ayağa qaldırıb.

Musavat.com