XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

21 İyul 2016 - 01:05

Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiqi proseduruməlum olub

Türkish flag 22

Türkiyə Təhlükəsizlik Şurasının ölkədə 3 ay ərzində fövqəladə vəziyyət elan edilməsi ilə bağlı tövsiyə xarakterli qərarı Nazirlər Kabineti tərəfindən Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək.

Türkiyə Böyük Millət Məclisində keçiriləcək səsvermədən sonra ölkədə 3 ay ərzində fövqəladə vəziyyət elan edilməsi barədə qərar qüvvəyə minəcək.

Qeyd edək ki, bu gün keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan deyib ki, fövqəladə vəziyyət rejimində valilərin səlahiyyətləri artacaq, təhlükəsizlik qüvvələri valilərin təlimatı ilə hərəkət edəcək: “Türkiyə Silahlı Qüvvələri hökumətin əmrindədir və Baş Komandan olmaqla, əsgərlərimizlə birlikdə Türkiyə Silahlı Qüvvələri içərisindəki bütün virusları təmizləyəcəyik”. (APA)