XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2015 - 08:27

Qaraçuxurda parkdakı yanğın söndürülüb – Yenilənib

yanqin.jpg

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin parkında yanğın hadisəsi baş verib. Bu barədə Strateq.az-a daxil olan məlumatda deyilir ki, hazırda davam edən yanğın nəticəsində parkın bir hissəsini alov bürüyüb. Hazırda iki yanğınsöndürən maşın əraziyə gəlib.

Hadisə ilə bağlı əlavə xəbər verəcəyik.

****

16.35

Fövqəladə Hallar Nazirliyi Surxanıda parkda yanğın baş verməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonunda parkın ərazisində sahibi məlum olmayan hasara alınmış 800 kv.m sahədə quru ot yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Strateq.az