XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2015 - 08:32

Şirvanda hərbi zavodda partlayış: ölən və yaralananlar var – FOTOLAR

Şirvanda yaşayan sakinlərdən həyacanlı xəbər gəlib. İddia olunur ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Telemexanika” zavodunda güclü partlayış olub.

Strateq.az Musavat.com-a istinadən xəbər verir ki, hadisədə ölən və yaralananlar var. Hazırda hadisə yerinə çoxsaylı ambulanslar cəlb olunub. ölənin qadın olduğu bildirilir.

Məlum olduğu kimi, MSN-in zavodları hərbi təyinatlıdır.

Əlavə məlumat veriləcək.