XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 11:00

Türkiyə səfiri Avstriya XİN-ə çağırılıb –Səbəb

Avstriya 654

 Avstriya hökuməti Vyanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək məqsədilə keçirilən nümayişlərlə əlaqədar Türkiyənin ölkədəki səfirindən izahat tələb edib.

Bu barədə BBC məlumat yayıb.

Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ORF radiostansiyasına müsahibəsində bildirib ki, Türkiyə səfiri Vyanada dövlət çevrilişinə cəhddən sonra R.T.Ərdoğana dəstək məqsədilə keçirilən böyük aksiyanın rəsmi İstanbulun çağırışı ilə olub-olmadığını izah etməli olacaq.

"Bizdə Vyanada Ərdoğana dəstək məqsədilə keçirilən nümayişlərin birbaşa Türkiyədən təşkil olunmasına dair sübutlar var… Bu, tamamilə yolverilməzdir və biz etirazımızı bildirmək istəyirik", – deyə S.Kurts bildirib.

Report