XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 İyul 2016 - 17:18

Yunanıstana qaçan hərbçilərməhkəmə qarşısında

mahkeme 556

Hərbi çevrilişə cəhdin ardından Yunanıstana qaçan 8 hərbçinin məhkəmə prosesi başlayıb.

Yunanıstanın Dədəağac məhkəməsində hərbçilər qanunsuz uçuş və ölkəyə qanunsuz yolla daxil olma maddələri ilə mühakmə olunurlar.

Hərbçilər məhkəməyə gətirilərkən vətəndaşların sərt etirazı ilə qarşılaşıblar. Bir Yunanıstan vətəndaşı “Hamınız qiyamçısınız. Qatilsiniz”, – deyərək reaksiya verib.

İstanbul Hüquqçular Dərnəyinin üzvü Ramazan Arıtürk açıqlamasında qiyamçılarla bağlı əlavə dəlillərin məhkəməyə təqdim olunacağını deyib. Onun sözlərinə görə, Yunanıstana qaçan hərbçilər Prezident Rəcəb Tayyib Ərdoğanın Mərmərədə qaldığı otelə hücum edən komandanın tərkibində olub. (Axar.az)