XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 18:03

Ərdoğana sui-qəsd edənlər:“Hamımız şokda idik”

asker 234

Hərbi çevrilişə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum edən əsgərlər ifadə verib.

 Ərdoğana sui-qəsd ittihamı ilə saxlanılan zabitlər – Sərkan Elçi və Salman Çankaya hadisəni anbaan danışıb. Sərkan Elçi həmin gərgin anları belə nəql edib:

“Komandir bizə “Bir terror təşkilatının liderini girov götürməyə gedəcəksiniz. Çox çətin bir vəzifə sizi gözləyir. Bu yolun sonunda ölüm də ola bilər. Çox güman ki, şəhid olacaqsınız”, – dedi. Biz də gözləməyə başladıq. Sonra bir telefon zəngi gəldi, əməliyyat planının dəyişdiyini, otelə hücum edəcəyimizi dedilər. Daha sonra bir general Türkiyə Silahlı Qüvvələrinin hakimiyyəti ələ keçirdiyini bildirdi. Bizə helikopterə minməyi əmr etdi, heç nə anlamadıq, amma mindik. Hamımız şoka düşmüşdük”.

Helikopterdə olan başqa bir zabit Sərkan Çankaya aldadıldıqlarını bildirdi:

“Bizə prezidentin qaldığı otelə hücum edəcəyimizi deməmişdilər. Əksinə, dedilər ki, terrorçuların liderini tutmaq üçün əməliyyat keçiririk. Buna görə biz də böyük vətən eşqi ilə, fəxrlə əməliyyata hazırlaşdıq. Hətta birdən şəhid olarıq deyə, dəstəmaz da aldıq. Lakin sonra məsələ mənə aydın oldu. Allaha yalvardım ki, helikopteri mən idarə etməyim. Doğrusu, yola düşənə qədər helikopterdəki silahı sıradan çıxarmaq və ya helikopteri yerə çırpmaq haqda düşündüm, amma bacarmadım. İçəridə dostlarım var idi, ürəyim gəlmədi. Bizi mülki vətəndaşlara güllə atmağa məcbur etdilər. Aşağıda kimlərləsə döyüşdük, onlardan “mühafizəçilər” deyə danışırdılar, amma kimin mühafizəçiləri olduğunu bilmirdik”. (Axar.az)