XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 İyul 2016 - 18:15

FETÖ əməliyyatı RTÜK-ə də çatdı –29 işçi

radyo RRR

Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) 29 işçisi vəzifəsindən azad edilib.

 Əməliyyat çərçivəsində işdən çıxarılan şəxslərin sayının artacağı gözlənilir.

Bu arada Türkiyənin Qaraman vilayətində anti-terror əməliyyatı keçirilib. Nəticədə 11-i evində olmaqla 13 iş adamı saxlanılıb.

İş adamları FETÖ/PDY təşkilatına üzv olmaq və fırıldaqçılıqda ittiham olunur. (Axar.az)