Bu gün Türkiyənin 11-ci prezidenti Abdullah Gül Türkiyə Böyük Millət Məclisini ziyarət edib.
Strateq.az xəbər verir ki, sabiq prezident çıxışında Fətullah Güləb və onun şəbəkəsini ittiham edib:
“Silahlı qüvvələrimizin içində də şəbəkə quran və bu gün açıq şəkildə deşifrə olan "Gülən camaatı"na mənsub bir çox hərbçi birlikdə hakimiyyəti ələ keçirmək təşəbbüsünə cəhd etdilər. Ancaq xaqlqımız bunlara imkan vermədi”.
Xatırladaq ki, 15 iyul gecəsi Abdulla Gül çox sərt tonla qiyamçılara səslənərək, bazalarına dönmələrinə çağırışlar da etmişdi.