Türkiyə Silahlı Qüvvələrinin Müdafiə Nazirliyinin tabeliyinə verilməsi məsələsi gündəmdədir.
Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
“Türkiyə Silahlı Qüvvələrinin daxilindəki Fətullahçı üzvlərini ayırd etməliyik. Bu qruplaşmanın vətənə xəyanət etdiyi hər kəsə bəllidir. Lakin bunu bütünlüklə türk ordusuna şamil etmək yanlışdır. Orduda yüzlərlə, minlərlə vətənpərvər var. Onları ayırmalıyıq”, – Kalın bildirib. (Axar.az)