XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

22 İyul 2016 - 02:24

Türkiyə Prezidenti:"15 iyul tarixini Şəhidlərimizi Anma Günü elan edirik"

vatan 01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransında türk xalqının tarixində ən xəyanətkar, ən alçaq çevriliş cəhdinə qarşı müqavimətini qərarlı şəkildə davam etdirdiyini söyləyib.

Vətəndaşları demokratiya keşiyini davam etdirməyə dəvət edən Ərdoğan deyib: “Fərasəti və cəsarəti ilə silahlı çevriliş təşəbbüsünü müvəffəqiyyətsizliyə uğradan qəhrəman millətimdən ölkəmiz bu çətin dövrdən tamamilə çıxana qədər meydanlarda tutduğu demokratiya keşiyini davam etdirməsini xahiş edirəm. Gələcək nəsillər 15 iyul demokratiya müqavimətinin bütün qəhrəmanlarını heç vaxt unutmayacaq. 15 İyul tarixini hər il Şəhidlərimizi Anma Günü kimi elan etdiyimizi də bu münasibətlə sizlərlə bölüşmək istəyirəm.” (Azərtac)