XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

22 İyul 2016 - 10:24

“Təyyarədə həyat yoldaşım dedi ki….” –Ərdoğandan Qərb dairələrinə kəskin mesaj

erdoqan-09

"15 iyul gecəsi MİT şefinə zəng etsəm də, onunla əlaqə yarada bilmədim.

Strateq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Röyter”ə açıqlamasında deyib.

"15 iyul gecəsi MİT şefinə zəng etsəm də, onunla əlaqə yarada bilmədim. Həmçinin Baş Qərargah rəisi ilə də əlaqə saxlamaq mümkün olmadı. Çox böyük çətinliklə baş nazirlə danışa bildim. Xalqın cərəyan edən hadisələrə reaksiyasını görüncə, Mərmərə otelində planlar cızdıq. Ailəmlə əvvəl Dalaman bölgəsinə keçdik. İstanbuldakı uçuş zolağının qaranlığa qərq olduğunu gördüm. Pilotun səmada dövrə vurmasını və uçuş zolağına nəzarət etməsini söylədim. Daha sonra İstanbul Polis İdarəsinin rəisi ilə əlaqə yaratdım. O da qısa zamanda hava limanının boşaldılacağını dedi. Yalnız ondan sonra eniş edə bildil. Qiyamçılar Akıncı bazasını ələ keçirmişdilər. 12 saata həmin bazaya və ölkəyə nəzarəti ələ keçirdik. Millətimizin iradəsi hər şeydən üstün idi. Millətimizin tankların qarşısında dayanması, dünyada nadir xalqların edəcəyi bir işdir. Bu millətimlə qürur duyuram”, – Ərdoğan bildirib. 

Ərdoğan Qərb mətbuatında və bəzi çevrələrdə çevrilişin bir oyun olması, elə Türkiyə iqtidarı tərəfindən təşkil edilməsi xəbərinə isə kəskin reaksiya verib: "Bu, bir tərbiyyəsizlikdir. Baxın, 11 sentyabrda ABŞ-da baş verənləri, Fransadakı son terror olayını həmin ölkələrin prezidentlərin təşkil etməsini deyən varmı? 

Bu xainlər, terroristər birbaşa millətə əl qaldırdı, millətin məclisini, cumhuqbaşqanlığının iqamətgahını, polisin binasını, bir sözlə, strateji dövlət qurumlarını vurdular, ən əsası isə körpünü tutub, oradan xalqa silah qaldırdılar. Bu, millətə qarşı bir çevriliş, xəyanət idi.

Baxın, bizim fövqəladə vəziyyət elan etməyimizə də söz tapırlar. Fransa bir terrora görə 6 ay fövqəladə vəziyyət elan etdi, biz isə bu boyda hadisəyə görə. Bu, həm də xalqa qarşı deyil, görürsüz xalq yenə da bayırda, demokratiya növbəsi tutur. Bizim bu tədbirimiz dövlət orqanlarının daha çevik işləməsi üçündür. Digər yandan bizim kredit dərəcələrimizi düşürməyə başlayıblar. Guya Türkiyə geri gedir. Haydı buradan, bir dəfə də bunların belə çirkin oyunlarına işimizlə cavab verib, yalançı olduqlarını təsdiqləmişdik. Bu dəfə də belə olacağına əmin ola bilərsiniz".

Ərdoğan çevriliş günü öldürülməsindən qorxmadığını da deyib: "Baxın, biz bir müsəlmanıq. Müsəlmanlar isə qədərə inanır. Qədərimizdə varsa, ölə də, öldürülə də bilərdik. Ölüm qəzayla da olur, maşın vurur, ayağın daşa ilişir, yıxılıb ölürsən, ürək tutur, ölürsən və sair. Yəni ölümün hansı məqamda kimi necə yaxalayacağını heç kim bilmir. Sözsüz ki, hamı kimi, mən də öləcəyəm. Ancaq Allahdan həmişə şərəfli ölüm istəmişəm. Həmin gecə ailəm – həyat yoldaşım, uşaqlarım, nəvələrim, kürəkənim bir yerdə təyyarədə geri dönürdük. Biz hər riskə hazır idik. Hətta mənim həyat yoldaşım şəhid olanlar üçün bilirsiz nə dedi? Dedi ki, onların ölümünə qısqandım…".