XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2016 - 12:45

“Prezidentə zəng etdim, dedi ki, evə getmə…” –Binəli Yıldırım çevriliş gecəsindən danışdı

Binali 543

15 iyul hərbi çevrilişə cəhd zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bərabər, Baş nazir Binəli Yıldırım da MİT rəhbəri Hakan Fidanla əlaqə saxlaya bilməyib.

Baş nazir həmin gecəni belə xatırladıb:

“Saat 21.00-a qədər Dolmabaxça sarayında görüşlərim vardı. Körpünü keçərkən hərəkətlilik hiss etdim. Prezidentə zəng etdim. Çevrilişə cəhd olması ilə bağlı məlumat aldığını dedi və evə getməməyimi istədi.

Nazirlər kəşfiyyat səhvi olduğunu deyir. Bir qism isə “çevriliş barədə məlumat var idisə, niyə qarşısı alınmadı, prezident, baş nazir və kabinet üzvlərinə niyə xəbər verilmədiyi” sualı üzərində dayanır, məsul şəxslərin vəzifədən çıxarılmasını tələb edir.

Daxili İşlər naziri Əfqan Ala “Saat 21.20-də Ərzurumda təyyarəyə mindim, xəbərim yox idi. Saat 23.00-da Ankaraya çatanda xəbərim oldu. Elə hava limanındaca tədbir görməyə başladım”, – deyir.

Milli Təhlükəsizlik Şurasında Baş Qərargah rəisi Hulusi Akar çıxış edir, hərbi çevrilişin baş verdiyi gecə olanları danışır. Akarın sözlərini deyəcəyəm, çox diqqət çəkən bir cümlə işlətdi: “Birliklərə çatdırılması üçün verdiyim təlimatları faksla göndərmək əvəzinə cırmışdılar…”.

Axar.az