Türkiyədə çevriliş cəhdi ilə əlaqədar olaraq barəsində saxlanılma qərarı çıxarılan polkovniklərdən biri Boğaziçi körpüsünə çıxaraq özünü atmaq istəyir.
Strateq.az Türkiyənin "Sözcü" portalına istinadən xəbər verir ki, polislərə təslim olmayan polkovnik Birkan Çörez özünü günahsız sayır və bu üzdən həbsinə etiraz edir. Hələllik polislərin onu intihar fikirindən daşındıra bilmədiyi də xəbərdə bildirilir.