ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Con Brennan iyulun 15-də dövlət çevrilişi planının baş tutmamasından sonra Türkiyədə qarşıdurmanın artacağı proqnozunu verib.
O, bəzi dairələrin Türkiyədə dövlət çevrilişi planında CİA-nın rol aldığı haqda deyilənləri şərh etməyib. Ancaq Ərdoğana dolayısı ilə xəbərdarlıq edib: “Son bir neçə ildir Türkiyədə siyasət səhnəsində diqqətçəkən proseslər baş verir. Ərdoğan getdikcə gücünü artırır. Dövlət çevrilişi cəhdindən sonra Türkiyədə qarşıdurmalar baş verəcək”.
Publika.az