XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 İyul 2016 - 14:34

“Bu, ciddi xəbərdarlıq siqnalıdır” –Qubad İbadoğlu "yol xəritəsi"ni göstərdi

Qubad

“Bankların hazırkı ağır vəziyyətdən çıxması bütövlükdə milli iqtisadiyyatın, xüsusilə də biznes və ev təsərrüfatlarının durumundan asılıdır.​ Bankların bağlanmasının başlıca səbəbi onların maliyyə mötəbərliyi və adekvatlığını itirməsinə görə defolt vəziyyətinə düşmələridir".

Strateq.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bu gün 4 bankın bağlanmasına münasibətində deyib.

Onun sözlərinə görə, daha 4 bankın bağlanmaq məcburiyyətində qalması ciddi xəbərdarlıq siqnalıdır:

“Bankların hazırkı ağır vəziyyətdən çıxması bütövlükdə milli iqtisadiyyatın, xüsusilə də biznes və ev təsərrüfatlarının durumundan asılıdır. Hesab edirəm ki, bankların bağlanması hazırda mümkün olan pis variantlardan ən yaxşısıdır. Prosesin ümumi sistemə neqativ təsirlərinin neytrallaşdırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmanətlərin Sığortalanması Fondu, ləğvetmə komissiyası əhali və xüsusilə də müştərilər arasında izahat işi aparmalıdır. Bu isə operativ açıqlamlar, qaynar xətlərin yaradlmasını tələb edir. Əks təqdirdə banklarla müştərilər arasında yaranacaq problemi tənzimləmək çətin olacaq. Fikrimcə, bankların kapitalının təmərküzləşməsi və onların konsolidaliyası davam etməlidir. Bu isə hələ bir neçə bankın birləşməsi və bağlanmasını zəruri edəcək”.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası "Dekabank", "Kredobank", "Parabank" və "Zaminbank"ın lisenziyalarının ləğv edilməsi ilə bağlı qərar qəbul edib.