İstanbulda Fətullahçı terror təşkilatının dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 1 855 hərbçi barəsində həbs qətimkan tədbiri seçilib.
587 hərbçi sərbəst buraxılıb, onlardan 311 nəfəri polisin nəzarəti altına verilib. Prokuror 353 şübhəlinin sərbəst buraxılması ilə bağlı protest verilb, bunlardan 234-ü rədd edilib, 49-nun işi isə araşdırılır.
Məlumata görə, hərbi çevriliş cəhdində təqsirləndirilən daha 179 hərbçinin məhkəmə prosesi keçiriləcək, daha 2 hərbçi isə xəstəxanada müalicə alır. (Report)