XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

22 İyul 2016 - 15:09

Hökumətdən məcburi köçkünlərə güzəştlə bağlı qanuna –Dəyişiklik

nazirler-kabineti

Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş "Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”nda dəyişikliklər edilib. 

Dəyişikliyə əsasən Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş "Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”nın 5-ci bəndinin üçüncü abzasında "sudan istifadə haqqı” sözləri "şəxsi istehlak və həyətyanı torpaq sahələrinin suvarılması üçün sudan istifadə haqqı” sözləri ilə əvəz edilib və həmin abzasdan "rayon (şəhər) su təsərrüfatı idarələrinə" sözləri çıxarılıb.

Qərar imzalandığı gündən qüvvəyə minib.