XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2016 - 15:15

Çevrilişə cəhddə həlledici adam:“Dedilər ki...”

Huduti 334

Hərbi çevrilişə cəhddən sonra həbs olunan Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti ifadə verib.

 Huduti həmin gecə Fətullahçıların ondan çevrilişə rəhbərlik etməyi istədiklərini deyib. Huduti gecə saatlarında evində baş verənləri belə nəql edib:

“Evdə dincəlirdim, elə bu an qapı döyüldü. Açıb gördüm ki, generallar Sərdar Sevgili, Zəkai Karataş, polkovnik Bahadur Ərdəmli və Sərhat Qaya gəlib. Bahadur mənə iki sənəd uzatdı. Bunlardan biri ordunun məsuliyyətini öz üzərimə almağımla bağlı idi. Sənədin üstünə bunun qanunsuz olduğunu və əmrlərin yerinə yetirilməməsini yazdım. Daha sonra lazımı yerlərə zəng edərək, gələn əmrləri həyata keçirməmək haqda təlimat verdim. Elə bu an Bahadur qərargah rəisi Avni Paşanın otaqdan çıxmasını istədi. Aralarında mübahisə yaşandı. Bahadur silahını doldurub onu vurmaq istədi, ancaq güllə yerə düşdü. Əvvəldən lülədə güllə var imiş. Mühafizəçilər cəld hərəkətlə ondan silahı aldılar”.

Ordu generalı Adəm Huduti Fətullahçıların həlledici təkliflərini rədd etdiyini qeyd edib:

“Polkovnik Bahadur Ərdəmli hərbi çevrilişdən vaz keçməyəcəklərini, hətta ölümü belə gözə aldıqlarını bildirdi. Dedi ki, çevrilişin baş verməsi üçün mütləq onlara rəhbərlik etməliyəm. Mən də onlara bunun yanlış addım olduğunu dedim. Həyatım boyu hərbi çevrilişə qarşı olmuşam. İndi adımın bu hadisələrdə hallanması, saxlanılmağım məni çox məyus edir”. (Axar.az)