XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2016 - 15:28

İkinci hərbi çevriliş əmri –Şok iddia

2-ci c-çevriliş!

İstanbulda həbs olunan briqada generalı Haluk Şaharın həbsdən əvvəl ikinci dəfə hərbi çevrilişə cəhdlə bağlı əmr verdiyi iddia edilib.

Generalın saxlanılmazdan əvvəl Konya Hərbi Hava Bazası komandanı Mustafa Ərtürkə 4 ədəd F-16 qırıcısının hazır vəziyyətə gətirilməsi haqda tapşırıq verdiyi deyilir.

Məlumata görə, polkovnik-leytenant Alparslan Şahin ikinci hərbi çevriliş cəhdi üçün hərbi birlikdəki əsgərlərin böyük hissəsini evlərinə göndərib və oraya öz qruplaşmasındakı əsgərləri gətirib. Bundan sonra 2 helikopterə 4 pulemyot, təxminən 6 min güllə və raket sistemi yerləşdirilib.

Mustafa Ərtürk 4 ədəd F-16 qırıcısının hazır vəziyyətə gətirilməsi haqda əmr versə də, onun qruplaşması və özünün həbs olunması bu planın – ikinci hərbi çevriliş cəhdinin üstündən xətt çəkib.

Lakin o həbs olunsa da, ittihamları qəbul etməyib və hərbi çevrilişə cəhdlə heç bir əlaqəsinin olmadığını iddia edib. (Axar.az)