XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2016 - 16:56

“Apreldən hələ çox vaxt keçməyib ki,…” –Sarkisyandan bəyanat

serkis-22

Ermənistan prezidenti Serj Sarkisyan bu gün güc strukturlarının rəhbərlərinin iştirakı ilə xüsusi müşavirə keçirib.

Musavat.com Ermənistan saytlarına istinadən xəbər verir ki, Serj Sarkisyan həmin müşavirədə bəyanatla çıxış edib.

O hadisənin səbəbləri barədə danışımaq istəmədiyini, lakin bundan dərs çıxaracaqlarını söyləyib.

Sarkisyan əsas narahatlıqlarının bir sıra insanların məsələlərin güc və zorakılıq yolu ilə həll olunmasında görməsi olduğunu bildirib.

Ermənistan prezidenti insidentin dinc yoll həll edilməsinə çalışacaqlarını təkrar edərək, polis alayının binasını ələ keçirən şəxsləri sakit olmağa, silahlarını yerə qoyaraq əllərindəki girovları buraxmağa çağırıb.

Serj Sarkisyan ölkədə narazıların sayının çox olduğunu da etiraf edərək bunu ölkənin əsaslarını sarsıtmaq üçün bəhanə olmadığını söyləyib.

Sarkisyan bütün intiqam və revanş cəhdlərinin qanun yolu ilə qarşısının alınacağnı bildirib.O, hüquq-mühafizə orqanlarının məsələnin dinc yolla çözülməsi üçün tədbirlər görməyə çağırıb.

“Biz cəmiyyətimizin bu həyəcanlı situasiyanın girovuna çevrilməsinə imkan verə bilmərik. Düşünürəm ki, bu, bizim gözlədiyimizdən də uzun çəkir. Apreldən hələ çox vaxt keçməyib ki, bizim cəmiyyət olan-bitəni unutsun" deyə, o, çıxışında bildirib.

Sonda Emrənistan prezidenti hər kəsi sakitlik nümayiş etdirməyə çağırıb.