XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

06 İyul 2015 - 23:32

Xəzəryanı ölkələr ABŞ-a qarşı – “Kənar hərbi qüvvənin Xəzərdə iştirakı yolverilməzdir”
İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələri komandanı, kontr-admiral Həbibullah Səyyari və Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanı Yunis Məmmədov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Beynəlxalq dəniz qüvvələri və gəmiçilik” sərgisi çərçivəsində görüşüblər.
Bu barədə İran mətbuatına açıqlama verən Həbubillah Səyyari bildirib ki, görüşdə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi, birgə təlimlərin keçirilməsi üzrə, eləcə də elm və texnologiya sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Eyni zamanda, sərgi çərçivəsində Xəzəryanı ölkələrin hərbi dəniz qüvvələri komandanları bir araya gələrək təhlükəsizlik məsələlərinə dair danışıqlar aparıblar. Danışıqlar zamanı təhlükəsizlik məsələlərinə yalnız bu ölkələrin cavabdeh olduğu vurğulanıb. Qeyd olunub ki, hər hansı bir kənar hərbi qüvvənin Xəzərdə iştirakı yolverilməzdir./AzərTAC/
Məlumat üçün bildirək ki, Xəzər dənizi Qərb ölkələrinin, xüsusən də ABŞ-ın çevik hərbi qüvvələr yerləşdirmək üçün həmişə diqqətdə saxladığı əsas məkanlardan sayılır.