XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 İyul 2016 - 18:58

Komitə sədrinin qardaşına yeni vəzifə verildi –Prokurorluqda təyinatlar

zakir-qaralov.jpg

Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.

Bununla bağlı baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Hacıqabul rayon prokuroru Tarıyel Qurbanov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi, həmin şöbənin rəisi vəzifəsində çalışan Rövşən Maqsudov isə Hacıqabul rayon prokuroru vəzifələrinə təyin ediliblər.  

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, T. Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.