XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 00:51

“İkinci bir təlimata qədər meydanları tərk etməyin!” –Ərdoğandan yeni mesajlar

erdoqan-09

"Türkiyədə dövlət çevrilişinə cəhd zamanı edilənlərin Türkiyə Cümhuriyyətinin əsgəri olması mümkün deyil. Bunlar şübhəsiz ki, terrorçulardır".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatlar qarşısındakı çıxışında deyib.

Türkiyənin dövlət başçısı bəyan edib ki, iyulun 16-a keçən gecə ölkədə hərbi yolla dövlət çevrilişinə cəhd edən şəxsləri Fətullah Gülən idarə edib: "Bunların Pensilvaniyadakı idarəediciləri ordan özünə görə meydan oxuyur. Bir tərəfdən də qaçıb oradakı sığınacaqlarında görüşdükləri şəxslərlə birlikdə buranı izləməyə başladılar. Allaha şükür olsun ki, gözlədikləri nəticəni əldə edə bilmədilər. Mən millətimə bu çağırışı edirəm: – ikinci bir təlimata qədər bu meydanları əsla tərk etməyin. Bu, elə bir virusdur ki, metastaz verib. Heç gözləmədiyimiz yerdən təkrar zərbə endirə bilər. Amma biz bunu minimuma endirmək durumundayıq".

Türkiyə prezidenti bildirib ki, çəkilmiş fotolar bütün dünyaya yayılacaq: "Xalqın seçdiyi iqtidara bundan sonra diktator deməsinlər".

Türkiyənin dövlət başçısı bildirib ki, xalq bu hadisələrdə dünyaya örnək olub: "Mən millətimi çox yaxşı tanıdığımı zənn edirəm. Mənim millətim bu hadisədə dünyaya bir örnəkdir. Mənim millətim tankların qarşısında dik dayanmış, uşağıyla, qadınıyla, kişisiylə şəhidliyə doğru addımlayıblar. Bu, çox önəmli idi". 

Report.az