XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 14:36

İlham Əliyev Merkeləbaşsağlığı verdi

ilham-eliyev-teze

Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə başsağlığı verib.

Başsağlığında deyilir: “Hörmətli xanım Federal Kansler, Münxendə ticarət mərkəzinə silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.