XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

07 İyul 2015 - 07:46

Mikayıl Cabbarov yeni əmr verdi –Təfərrüat
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə yeni vəzifə həvalə edib.
Nazirlikdən verilən məlumata görə, M.Cabbarovun xüsusi təhsil məsələləri ilə bağlı imzaladığı əmrinə əsasən, xüsusi, inteqrasiyalı və inklüziv təhsil üzrə elmi-tədris-metodiki rəhbərlik De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə həvalə olunub.
De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Sosial işin təşkili və statistika şöbəsinin adı dəyişdirilərək, Xüsusi təhsil şöbəsi adlandırılıb. Sosial işin təşkili və statistika şöbəsinin funksiyaları İdarənin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinə verilib.
Əmrə əsasən, Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyası bir ay müddətində 2012-2014-cü illər ərzində fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə Təhsil Nazirliyinə hesabat təqdim etməlidir.