Birləşmiş Ştatlar İŞİD-ə qarşı mübarizəni gücləndirməyə qərar verib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pentaqonda çıxış edən prezident Barak Obama koalisiya qüvvələrinin İŞİD-in neft və qaz təsisatlarına hava zərbələri endirəcəyini bildirib.
Obama onu da əlavə edib ki, İŞİD-i məğlubiyyətə uğratmaq üçün ABŞ-ın Suriyada etibarlı və güclü ortağı olmalıdır. Bu səbəbdən də Birləşmiş Ştatlar Suriya müxalifətinin radikal olmayan kəsiminə dəstəyini artıracaq. Lakin Obama etiraf edib ki, İŞİD-i məğlub etmək heç də asan olmayacaq.
Qeyd edək ki, İŞİD hazırda dünyanın ən varlı terror təşkilatı hesab olunur. Qruplaşma hər gün təkcə qara bazardakı neft satışından 3 milyon dollar qazanır.