XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

07 İyul 2015 - 09:02

Nazirlik polislə reyd keçirdi, saxlanılan var – Narkotik əməliyyatı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun və Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib.
Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir ki, reyd zamanı qoruğun Axkimal sahəsinin 7 saylı dolayının 115 nömrəli kvartalında ölçüsü 7×8 metr olan sahədə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən bitki aşkar edilib. Faktla bağlı akt tərtib olunaraq ərazi nəzarətə götürülüb və sözügedən sahəyə foto-video tələ yerləşdirilib. 03 iyul 2015-ci il tarixində əldə edilən video görüntülər nəticəsində ərazidə bir nəfər şübhəli şəxs saxlanılıb.
Məlumatda bildirilir ki, qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Zaqatala Dövlət Təbiət Qoruğu tərəfindən Balakən rayon polis şöbəsinə müraciət edilib. Faktla bağlı istintaq tədbirləri aparılır:
“Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər davam etdirilir”.