DİN-də növbəti kadr dəyişikliyi – Nazir əmr verdi

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi baş verib.
Strateq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə yeni təyinat olub.
Belə ki, Daxili işlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən polis polkovnik-leytenantı Əsgərov Nəzər sözügedən vəzifəyə təyinat alıb. Buna qədər, o, BŞBPİ-də cinayət – axtarış şöbəsində işləyib.
Qeyd edək ki, bir müddət bundan öncə idarədə birinci müavin vəzifəsində işləyən Əlyəddin Səfərov Biləsuvar rayon polis şöbəsinə rəis təyin edilib.