XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

24 İyul 2016 - 01:15

Binəli Yıldırım:“Türkiyədə bundan sonra prezident qvardiyası olmayacaq"

yıldırım 352

"Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra prezident qvardiyasının buraxılmasına dair qərar verilib".

 Bunu “A Haber” telekanalının efirində Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

“Türkiyədə bundan sonra prezident qvardiyası olmayacaq, buna ehtiyac yoxdur”, – deyə Binəli Yıldırım bildirib.  

Qeyd edək ki, bundan əvvəl hərbi çevrilişə cəhdlə əlaqədar  prezident qvardiyasının 300-dək əməkdaşı saxlanılıb.  (APA)