XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

13 Mart 2015 - 10:00

Daha bir neçə dövlət qurumunda yoxlama olacaq – Rəsmi
yoxlama-.jpg
Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.
Palatadan Strateq.az-a verilən məlumata görə, iclasda dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Xətai Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin, həmçinin “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üzrə dövlət büdcəsi vəsaiti və Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərinin istifadə vəziyyətinə dair hesabatlar və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.