XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

24 İyul 2016 - 19:20

Yaşar Aydəmirov:"İkili standartlar nədənsə həmişə erməni tərəfinə sərf edəndə ortaya çıxır"

Ermənistan tərəfi danışıqlara, vasitəçilərin iştirakı ilə əldə olunmuş razılıqlara nümayişkaranə hörmətsizlik göstərir. Düşmən tərəfi atəşkəs rejimini pozaraq hərbi qulluqçularımızı və mülkü əhalini atəşə məruz qoyduqda Azərbaycan tərəfi əvvəllər də vasitəçilərə dəfələrlə müraciət edərək Ermənistanın bu hərəkətlərinə reaksiya verməyə və qarşısını almağa çağırıb.

Bu fikirləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin tərəflərin atəşkəs rejiminə ciddi riayət etmələri barədə cağırışını şərh edərkən sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

O, təəssüflə bildirib ki, həmsədrlər Ermənistana qarşı nəinki tədbirlər görməmiş, bizim bu çağırışlara biganə yanaşaraq, heç səslərini belə çıxarmamışlar. Lakin Ermənistan tərəfi öz törətdiyi təxribatlar ucbatından cəbhədə itkiyə məruz qalan kimi dərhal həmsədrlər əl-ayağa düşür, atəşkəs rejiminə ciddi əməl edilməsi barədə bəyanatlar verirlər. Ermənistana xoş gəlsin deyə, onun işğalçılıq siyasətini davam etdirdiyini bildikləri halda belə açıq-aydın ikili standartlar nümayiş etdirirlər.

Yaşar Aydəmirov deyib: “Əgər kimsə Azərbaycanın erməni tərəfinin təxribatlarına, atəşkəs rejiminin Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulmasınasəssiz qalcağını düşünürsə səhv edir. Bir hərbçi kimi bu hərəkətlərin cavabsız qalmayacağına inanıram”(azərtac).