“İranla aparılan nüvə müzakirələrində uzlaşma əldə olunmayıb, razılaşmamağın əsasında silah embarqosu dayanır”.
Bunu Rusiya Xarici İşlər naziri Serqey Lavrov bildirib.
Lavrov həmçinin onu da deyib ki, İrana qarşı həyata keçirilən silah embarqosu ləğv olunmalıdır. Buna baxmayaraq müzakirələrdə xeyli məsafənin qət edildiyini deyən Rusiyalı nazir yaxın günlərdə tərəflərin bütün məsələlər üzərində razılaşacağına ümidini də ifadə edib.
Nazirin verdiyi məlumata görə, müzakirənin növbəti məhrələsinin tarixi müəyyənləşdirilməyib.
Strateq.az