XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 İyul 2016 - 15:50

Türkiyə Ali Məhkəməsinə 75, Kassasiya Məhkəməsinə 267 yeni üzv təyin edilib

Mahkeme 345

 Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın sədrliyi ilə Hakim və Prokurorlar Ali Şurasının (HSYK) toplantısı keçirilib. 

 Yığıncaqda HSYK İdarə Heyətinin 17 üzvü iştirak edib. 

Toplantının yekununda Türkiyə Ali Məhkəməsinə (Danıştay) 75, Kassasiya Məhkəməsinə (Yargıtay) 267 nəfər yeni üzv təyin edilib. 

HSYK bu təyinatları hər iki məhkəmənin üzvlərinin səlahiyyət müddətlərinin bitməsi ilə əsaslandırıb. 

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə uğursuz dövlət çevrilişi cəhdinə görə aparılan istintaq tədbirləri çərçivəsində 2100 hakim və prokurorun saxlanıldığını bildirib. Onların arasında HSYK-nın 5 üzvü də var.  (Report)